Dünya futbolu

“Milan” Sanşeşin transferindən imtina etdi

“Milan” rəhbərliyi Renato Sanşeşin transferindən vaz keçməyə yaxındır.

İdmanxeber.com-un məlumatına görə, italyan klubu futbolçu üçün 40 milyon avro ödəmək istəmir. Bu barədə klubun idman direkrotu Marko Fassone məlumat verib.

“Biz Rumenigge ilə bir neçə dəfə Sanşeşin keçidini müzakirə etmişik. Amma hazırda “Milan” 40 milyon ödəmək iqtidarında deyil. Əgər avqustda vəziyyət dəyişsə, yenidən görüşə bilərik”, — deyə Dassone qeyd edib.

Məlumata görə, “Milan” yalnız 32 milyon avro ödəmək istəyir.

Münxen klubunun baş məşqçisi Karlo Ançelotti Sanşeşin perspektivinə isti baxmır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43