Dünya futbolu

“Milan”dan növbəti transfer

“Milan” növbəti transferini həyata keçirib.

İtaliya təmsilçisi “Atalanta”nın yarımmüdafiəçisi Frank Kessieni iki mövsümlük icarəyə götürüb. Müqavilənin şərtinə görə, “qırmızı-qaralar” kot-d-ivuarlı futbolçunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Kessie ötən mövsüm A seriyasında 30 oyunda 6 qol vurub, 4 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43