Dünya futbolu

“Milan”ın futbolçusu rəsmən “Yuventus”da

“Milan”ın futbolçusu Mattia De Skiqlionun “Yuventus”a keçidi rəsmiləşib.

İdmanxeber.com xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. “Yuventus” bu keçid üçün “Milan”a 12 milyon avro ödəyib. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Mattia De Skiqlio 2011-ci ildən əsas komandada çıxış edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43