İdman

Milli komandamıza lazım olmayan məşqçiyə yeni vəzifə verildi

 Bir vaxtlar ölkəmizdə və Hindistanda məşqçi Nikolay Adamla birgə çalışan Etibar İbrahimov yeni vəzifəyə təyin edilib.

İdmanxeber.com-un məlumatına görə, gənc mütəxəssisə Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən idman məktəblərinin, qərb zonası üzrə seleksiyaçı məşqçisi vəzifəsi həvalə olunub. İbrahimovun yeni işi sözügedən məktəblərdə keçrilən yarışlarda istedadı olan futbolçuları aşkar etmək, gələcək vəd edən uşaqları üzə çıxarmaqdı.

Qeyd edək ki, Etibar İbrahimov bir vaxtlar AFFA-nın dəvəti ilə 19 yaşlılardan ibarət milli komandamızda Təbriz Həsənovun köməkçisi işləyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43