İdman

Milli komandamızın üzvü Çexiya klubuna transfer olundu – FOTO

19 yaşlı futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyev karyerasını Avropada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, yığmamızın komandamızın kapitanı bu gün Praqa təmsilçisi "Slaviya" ilə 3 illik müqavilə imzalayıb18 yaşlı yarımmüdafiəçi "Slaviya"nın gənclərdən ibarət komandasında çıxış edəcəyi gözlənilir. Futbolçunun keçidinə FİFA meneceri Vaqif Heydərli vasitəçi olub. Qeyd edək ki, F.Nəbiyev "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43