Ölkə futbolu

“Jlina”nın baş məşqçisi Ramilin gedişindən danışdı: “Ona artıq ehtiyac qalmadı”

“Qarabağ”ın sıralarına cəlb etdiyi Ramil Şeydayevlə bağlı sabiq klubundan açıqlama gəlib.

İdmanxeber.com-un məlumatına görə, futbolçumuzun çıxış etdiyi əvvəlki komandası “Jlina”nın baş məşqçisi Adrian Qula Ramilin gedişinə belə izah verib: “Biz əvvəlcə futbolçuya oynamaq şansı verirdik. Amma zamanla hiss edilirdi ki, onun bizimlə birgə olmaq üçün motivasiyası qalmayıb. Bu səbəbdən başqa futbolçulara oynamaq şansı verdik, Ramil isə əvəzedici heyətə göndərildi. Əsas komandada ona ehtiyac qalmadı. Yekun nəticədə  onunla əməkdaşlığı dayandırdıq.  Ramil özünün istedadına və potensialına baxmayaraq, ola bilər ki, bizim oyun tərzimizə cavab vermirdi. İstənilən halda biz ona “Jilina”dakı çıxışlarına görə təşəkkür edirik”.

Qeyd edək ki, müqavilə ilə “Trabzonspor”a məxsus olan R.Şeydayev bugünlərdə “Jilina”dan ayrılıb. Dünən isə o, icarə qaydasında “Qarabağ”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43