Dünyadan

Milli üzvünü əvəzedici heyətə göndərdilər

Azərbaycan U-21 millisinin və Türkiyənin "Bursaspor" klubunun üzvü Ozancan Kökçü növbəti mövsüm Super Liqada oynamayacaq. İdmanxeber.com-un məlumatına görə, o, yay toplanışı dövründə baş məşqçi Pol Le Quenin ümidlərini doğrultmayıb.

 

Fransalı mütəxəssis yığmanın futbolçusunu əvəzedici komandaya göndərib. O, Boban Yoviç, Sinan Bakış və Mərt Örnəklə birgə komandadan ayrı hazırlıq keçir.

 

Beləliklə, "Feyenoord"dan transfer edilən Ozancaan mövsümü "Bursaspor"uəvəzedici komandasında keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43