Milli komanda

Millimiz Avstriyaya məğlub oldu(YENİLƏNİB)

19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan yığması ilk oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Litvada keçirilən seçmə mərhələnin ilk görüşündə yığmamızın rəqibi Avstriya olub. Qarşılaşma rəqibin 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa çempionatının seçmə mərhələsi

V qrup

I tur

15:00 Avstriya – Azərbaycan 4-1

Qollar: Arnel Yakupoviç, 23; 66. Aleksandr Koqler, 46. Sandi Lovriç, 81 – Anton Krivotçuk, 41

Qırmızı vərəqə: Elvin Dəmirov, 63

Baş hakim: Conatan Lardot (Belçika)

Azərbaycan yığması növbəti oyununu oktyabrın 6-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43