İdman

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası yanvarın 25-dən 30-dək İranın Buşehr şəhərində təşkil olunacaq “Persian Cup 2018” beynəlxalq turnirdə iştirak edəcək. 

İdmanxeber.com-un məlumatına görə, komandamız yanvarın 28-də, 29-da və 30-da müvafiq olaraq İran, İspaniya və Ukrayna yığmaları ilə qarşılaşacaq.


Millimizin bu oyunlar üçün heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:


Vaqif Şirinbəyov
Elçin Qasımov
İlqar Ələkbərov
İlkin Hacıyev
Amid Nəzərov
Orxan Məmmədov
Asif Zeynalov
Ramil Əliyev
Sabir Allahquliyev
Əbdül Əliyev
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43