Milli komanda

Millimiz bu dəfə İsveçrəyə məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan yığması dünya çempionatının ikinci seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, komandamız İsveçrə ilə qarşılaşıb.

Oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. İsveçrə – Azərbaycan – 4:2 (2:0, 2:1, 0:1)

Qollar: Deyan Stankoviç, 2 (1:0), 15 (3:1), Filipp Borer, 5 (2:0), Hikmət Bağırov, 13 (2:1), Noel Ott,  18 (4:1), Orxan Məmmədov, 31 (4:2)

Yığmamız bundan öncə İngiltərəyə 4:5 hesabıyla uduzmuşdu. Qrupdakı son rəqibimiz isə Macarıstan olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43