Dünya futbolu

Portuqaliya millisi “başsız” qaldı

Portuqaliya millisinin baş məşqçisi Paulo Bento yığma komanda ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, 2010-ci ildən Portuqaliya millisində işləyən təcrübəli mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Bentonun gedişinə əsas səbəb kimi Portuqaliyanın uğursuz çıxışı göstərilir. Milli DÇ-2014-də qrupdan çıxa bilmədi. AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda isə doğma meydanda Albaniyaya uduzdu. Onun rəhbərliyi ilə komanda AVRO-2012-də bürünc medal qazandı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43