Milli komanda

Millimiz Riqada məşqə çıxacaq

Sabah Latviya yığması ilə yoxlama oyunu keçirəcək Azərbaycan millisi artıq sözügedən ölkədədi.

İdmanxeber.com-un məlumatına görə, komandamız dünən yerli vaxtla saat 17:00-da paytaxt Riqaya çatıb.

Milli bu gün matçın keçiriləcəyi “Dauqava” stadionunda oyunöncəsi son məşqə çıxacaq. Hazırlıq prosesi 20:00-a təyin edilib.

Qeyd edək ki, Latviya – Azərbaycan görüşü sabah Bakı vaxtı ilə 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43