Milli komanda

Millimiz son oyununda da qələbə qazandı

Qadın futbolçularımızın uğurlu çıxışı davam edir.

Qadınlardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edib. “Dalğa Arena”da gerçəkləşəcək qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb – 1:0.

19:00. Azərbaycan – Farer adaları – 1:0

Qol: Nigar Mirzəliyeva, 68 

Xallar: Azərbaycan – 16, Monteneqro – 11, Kipr – 7, Farer adaları – 0.

Beləliklə, Azərbaycan millisi C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43