Ölkə futbolu Premyer Liqa

Bakı klubundan 1 xal qopardılar, bu qədər irəli düşdülər

“Kəpəz” klubunun rəhbərliyi “Səbail”lə oyundakı heç-heçənin mükafatını futbolçulara verib.

İdmanxeber.az-ın məlumatına görə, Bayılda əldə olunan 1 xala qarşılıq rəhbərlik hər bir futbolçuya 600 azn “premya” verib. Oyuna sonradan girən futbolçular bu məbləğin 75 faizini əldə edib.

Ümumiyyətlə oynamayanların hər birinə isə 300 AZN mükafat verilib.

Qeyd edək ki, 14-cü turda keçirilən “Səbail” – “Kəpəz” oyunu 0:0 başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43