Kateqoriyasız

Millimiz Xorvatiyaya uduzdu

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avro-2023-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Milan Obradoviçin baş məşqçisi olduğu komanda səfərdə Xorvatiya ilə qarşılaşıb. “Velika Qoritsa” stadionunda keçirilən görüşdə millimiz məğlub olub.

Qeyd edək ki, millimiz növbəti oyununu sentyabrın 7-də səfərdə Avstriyaya qarşı keçirəcək.

2 sentyabr

A qrupu

21:00. Xorvatiya – Azərbaycan – 2:0
Qollar: L.Suçiç, 10. R.Şimiç, 25.
Xorvatiya. Velika Qoritsa stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43