Kateqoriyasız

“Qarabağ”ın oyununda yıxılan azarkeş vəfat etdi

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Şotlandiyada keçirilən “Aberdin” – “Qarabağ” oyunu zamanı tribunada yıxılan yerli azarkeş Uotson Smit vəfat edib.

İdmanxeber.az verir ki, bu barədə Aberdin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 71 yaşlı fanat müalicə aldığı xəstəxanada ölüb.

“Qarabağ” iki oyunun nəticəsinə görə (1:0, 3:1) “Aberdin”i məğlub edib və qrup mərhələsinə vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43