Milli komanda

Millimiz yerində saydı

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, milli komandamız bu reytinqdə əvvəlki kimi 135-ci pillədə qərarlaşıb. Rəqiblərimizdən İtaliya millisi ötən ay olduğu kimi bu dəfə də 11-ci,  Xorvatiya isə 19-cu pillədəki mövqeyini qoruyub. Norveç (0) 67-ci, Bolqarıstan (0) 66-cı və Malta isə (+1) 147-ci pillədə qərarlaşıb.

Siyahıya “DÇ-2014″ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43