Kateqoriyasız

SON DƏQİQƏ: Lənkəran camiəsini sevindirən xəbər

Premyer Liqanın 17-ci turunda "Qarabağ"la üzləşəcək olan "Xəzər Lənkəran" klubu oyuna saatlar qalmış şad xəbər alıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, zədəli olduqları üçün "Qarabağ"la oyunda iştirak etmələri sual altında olan Tural Cəlilov və Rasim Ramaldanov artıq zədəsini sağaldıb və Oğuz Çətin şans verərsə, futbolçular "Qarabağ"la matçda forma geyəcəklər.

Qeyd edək ki, görüş bu gün saat 17:00-da Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43