İdman

Millimizdə daha bir yeni oyunçu

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin heyətinə daha bir oyunçu cəlb olunub. 

İdmaxeber.com-un məlumatına görə, baş məşqçi Joze Alesio Da Silva “İtaldizayn”ın oyunçusu Nihat İsmaylovu da yığmaya çağırıb. Bununla da final mərhələsinə hazırlaşan futzalçılarımızın sayı 16-ya çatıb. 

 

Təlim-məşq toplanışı çərçivəsində yanvarın 23-də və 24-də İranla iki yoxlama matçı keçirəcək milli bu gün Bakı İdman Sarayında növbəti məşqinə çıxıb. İlk 15 dəqiqəsi media üçün açıq olan məşq prosesi 20 Yanvar Şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Milli üzərlərindən yalnız Thiaqo Teles Martins hələ ki komandayla birgə çalışırmır. Belə ki, onun yüngül zədəsi olduğu üçün fərdi şəkildə çalışıb.

 

Xatırladaq ki, yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanın yetirmələri qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43