Milli komanda

Millimizi məyus edən o an- Cüneyt Çakırla Halis Özkahya arasındakı dialoq

Millimizin Makedoniya ilə oyunda qapısına videotəkrar sistemindən sonra penalti təyin olunmasından xəbərdarsınız.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı idarə edən hakim Halis Özkahya ilə videotəkrar hakimi Cüneyt Çakır arasında baş verən dialoq Türkiyə mətbuatında yayılıb.

Cüneyt Çakır: Halis, nə üçün fit çaldın?

Halis Özkahya: Toxunuş var idi. Ayaqla təmas etdi

Cüneyt Çakır: Epizod cərimə meydançasının daxilindədir. Penaltidir. Sənin təkrarı izləməyə lüzum yoxdur. Ağ nöqtəni göstər.

Namoğıu bildirib ki, bu qərara bütün futbolçular razılaşıb və millimizin üzvləri buna etiraz etməyib.

Qeyd edək ki, həmin oyunun 21-ci dəqiqəsində görüşün baş hakimi Halis Özkahya millimizin qapısına cərimə zərbəsi təyin etsə də, VAR (videotəkrar) hakimləri Cüneyt Çakır və Hüseyin Göçek epizodun təkrarını izlədikdən sonra qayda pozuntusunun cərimə meydançası daxilində olduğunu bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43