Dünyadan

Türkiyəli hakim dünya çempionatında

FİFA DÇ-2018-in oyunlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, sözügedən siyahıda türkiyəli hakim Cüneyt Çakır da var.

Rusiyadakı mundialda ümumilikdə 99 referi ədaləti təmsil edəcək. Onların 36-sı əsas, 63-ü isə köməkçi hakimlər olacaq.

Alif futbol qurumunun güvəndiyi türkiyəli referiyə Bahattin Duran və Tarık Onqun kömək edəcəklər.

Qeyd edək ki, Cüneyt Çakır  Braziliyada təşkil olunan dünya çempionatında da iştirak etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43