İdman

“Xəzər”i dayandıran tapılmır, lider büdrədi

Azərbaycan Birinci Divizionunda 21-ci tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki görüş baş tutub. Lider “Qaradağ Lökbatan” səfərdə “Binə” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə qonaqlar qələbəni son anda əldən veriblər – 2:2.

“Xəzər” isə “Ağsu” ilə səfər oyunundan qalib ayrılıb – 3:1.

I Divizion

21-ci tur

29 mart (cümə axşamı)

“Ağsu” – “Xəzər” 1:3

Qollar: Malik Babayev, 37 – Tural Qürbətov, 26, Vadim Abdullayev, 43, Rəşad Qarayev, 90+3-avtoqol.

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Habil Əliyev, Emin Nağıbəyov.

Ağsu şəhər stadionu.

“Binə” – “Qaradağ Lökbatan” 2:2

Qollar: Seymur Abdullayev, 83, Vüsal Səfərov, 90+2 – Ruslan Tağızadə, 69, Əliqulu Manafov, 85.

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Etibar Həsənov.

Binə qəsəbə stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43