İdman

“İşimin başındayamsa, deməli, hər şey yaxşıdır” “Keşlə”nin baş məşqçisi

“Azərbaycan çempionatı çox güclüdür. 8 komandanın hər biri bərabərsəviyyəlidir. Əsas odur ki, çempionatda rəqabət var. Heç bir komanda asanlıqla qələbə qazana bilmir. Hətta turnir cədvəlinin aşağı sıralarında qərarlaşan komanda liderləri məğlub edə bilir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov Ukrayna mətbuatına açıqlamasında deyib.

Paytaxt klubunun çalışdırıcısı komandadan ayrılacağına dair gəzən söz-söhbətlə bağlı bunları deyib:

“Bu haqda çox danışmaq istəmirəm. Əgər işimin başındayamsa, deməli, hər şey yaxşıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43