İdman

Ben Arfa PSJ-dən ayrılır – özü açıqladı

PSJ-nin aparıcı futbolçularından Hatem Ben Arfa klubdan ayrılacağını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, adı Türkiyənin “Fənərbaxça” klubu ilə də halannan fransalı futbolçu, son açıqlamasında hazırkı komandası ilə vidalaşacağına işarə edib:

“Bu yaxınlarda PSJ-dəki macəram bitəcək. Çətin zamanlara rəğmən, bu formanı geyindiyim üçün qürur duyuram. Komanda yoldaşlarım ilə keçirdiyim gözəl vaxtları heç vaxt unutmayacam. Bu mesajımla birlikdə azarkeşlərədə öz təşəkkürümü bildirirəm. Bu komanda hər zaman qəlbimdə olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43