Kateqoriyasız

Millimizin başına Ersun Yanal keçir?

Yurçeviçin gedişindən sonra millimizdə baş məşqçu postuna daha bir yeni namizəd vae.

İdmanxeber.az-ın məlumatına görə, bu türkiyəli mütəxəssis Ersun Yanaldı.

Bu barədə Türkiyənin “Milliyət” qəzeti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Nikola Yurçeviçin göndərilməsindən sonra AFFA-nın siyahısında bir neçə məşqçinin adı var. Onlardan biri də hazırda “Fənərbaxça”nı çalışdıran Ersun Yanaldır. Ancaq xəbərdə türkiyəli baş məşqçi ilə yanaşı, “Qalatasaray”ın sabiq çalışdırıcısı Cesare Prandelli də adı yer alıb.

Qeyd edək ki, Ersun Yanal ötən mövsüm “Fənərbaxça”ya baş məşqçi təyin edilib. O, 2013-2014 mövsümündə İstanbul təmsilçisi ilə Türkiyə çempionluğu yaşayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43