Kateqoriyasız

“Qarabağ” “Səbail”lə oyuna hazırlaşır – Şəkillər

Antalya toplanışını başa vurduqdan sonra Bakıya qayıdan “Qarabağ” məşqləri davam etdirir.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqanın 15-ci turunda “Səbail”lə keçiriləcək matça hazırlaşır.

Qeyd edək ki, fevralın 2-si “ASCO Arena”da keçiriləcək oyun 17:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43