İdman

Millimizin daha bir üzvü rəsmən “Bursaspor”da (FOTO)

Türkiyənin “Bursaspor” klubu millimizin daha bir üzvünü transfer edib.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozan Can Kökcü bundan sonra Bursa təmsilçisinin uğurları üçün tər tökəcək.18 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ozan Can Kökcü bundan əvvəl “Feyenoord”da çıxış edirdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43