Kateqoriyasız

Millimizin futbolçusu “Sevilya”ya qarşı 90 dəqiqə oynadı

İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizdə oynamağa razı olan Eddi İsrafilovun komandası – "Qranada" da növbəti oyununa çıxıb.

Yarımmüdafiəçimizin komandası öz meydanında "Sevilya" ilə üz-üzə gəlib və rəqibinə 1:2 hesabı ilə uduzub. 

Eddi start heyətdə meydana çıxıb. O, 90 dəqiqə mübarizə aparıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43