Milli komanda

Millimizin məşqçiləri klublarımızı tək qoymadılar

Türkiyədə təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan Azərbaycan millisinin məqşçilər korpusu daha bir neçə oyuna baxıblar. Millimizin baş məşqçisi Robert Prosineçki “Neftçi” –  “Hajer” (Səudiyyə Ərəbistanı) oyununu izləyib, sonra R.Prosineçki və Yaşar Vahabzadə “Neftçi”nin baş məqşçisi Arif Əsədovla görüşüblər.

Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Yanko Yankoviç, Faiq Əzizov və Babək Alxasov “Xəzər Lənkəran” – “Kemnitser” (Almaniya), Elxan Abdullayev, Draqan Spasiç, Yanko Yankoviç və Babək Alxasov “Qəbələ” – “Eskişehirspor” (Türkiyə), Faiq Əzizov və Qordan Tsipriç isə “İnter” – “Kayrat” (Qazaxıstan) qarşılaşmasını izləyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43