Kateqoriyasız

Millimizin oyunlarına təyinatlar bəlli oldu

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda millimizin keçirəcəyi oyunlara hakim təyinatları müəyyənləşib. Millimizin səfərdə Fransa ilə qarşılaşacağı ilk matç monteneqrolu hakim Nikola Dabanoviçə tapşırılıb. Nikolay Adamın komandasının  İngiltərə və Danimarkaya qarşı oyunlarını isə isveçrəli Adrien Jakkotte idarə edəcək.

26 mart

Fransa – Azərbaycan

Hakimlər: Nikola Dabanoviç, Djordjije Raznatoviç (hər ikisi Monteneqro), Vital Jobin, Adrien Jakkottet (hər ikisi İsveçrə)

28 mart

İngiltərə – Azərbaycan  

Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa)

31 mart

Azərbaycan – Danimarka

Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43