Kateqoriyasız

Millimizin oyunu qapalı olacaq

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 4-də, Bakı İdman Sarayında Azərbaycan – Moldova oyunu keçiriləcək.

Azərbaycan Futzal Federasiyasının saytının yaydığı xəbərə görə, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüş azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43