Dünya futbolu

Millimizin rəqibi İngiltərəyə qarşı

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya yığması bu gün yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Yoahim Lövün komandası Dortmundda İngiltərə millisi qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, bu görüşdən 4 gün sonra – martın 26-ı Almaniya Bakıda millimizin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43