Dünya futbolu

“Roma”dan Tottiyə yeni təklif

“Roma” klubunun rəhbərliyi Françesko Tottiyə yeni təklif hazırlayır.

İdmanxeber.com-un məlumatına görə, bu haqda paytaxt klubunun pezidenti Ceyms Pallotta açıqlama verib. O qeyd edib ki, klub rəhbərliyi əfsanəvi futbolçunu direktor vəzifəsində görmək istəyir. Futbolçu karyerasını bitirdikdən sonra Tottiyə 6 illik müqavilə təklif ediləcək.  

Qeyd edək ki, 40 yaşlı futbolçunun “Roma” ilə hazırkı müqaviləsi yayda bitir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43