İdman

Millimizin rəqibləri müəyyənləşdi

Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarında mübarizə aparacaq kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milli komandalarının rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, rəqib komandalar Avropa Voleybol Konfederasiyasının reytinq cədvəlinə görə təyin edilib.

Qadınlardan ibarət milli komandamız “A” qrupunda mübarizə aparacaq. Voleybolçu qızlarımız İtaliya, Türkiyə, Polşa, Belarus və Rumıniya kollektivləri üz-üzə gələcəklər. “B” qrupunda isə Rusiya, Serbiya, Almaniya, Hollandiya, Xorvatiya və Bolqarıstan yığmaları yer alıb.

Kişilərdən ibarət milli komandamız da “A” qrupunda yarışacaq. Komandamızın rəqibləri Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə kollektivləridir. “B” qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya voleybolçuları mübarizə aparacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43