l Divizion

Millimizin sabiq üzvü “Zaqatala”da

Danışılmış oyunlarda iştirak etdiyi üçün I diviziondan uzaqlaşdırılan “Rəvan”ın futbolçusu Taqim Novruzov özünə yeni komanda tapıb.

İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçi “Zaqatala” klubu ilə anlaşıb. O, mövsümün sonuna qədər komandanın uğurlar üçün çalışacaq.

Qeyd edək ki, millimizin sabiq üzvü olan Novruzov karyerası ərzində “Qarabağ”, “Simurq”, “Turan”, “Sumqayıt” və AZAL kimi komandalarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43