13 Noyabr 2019
Milli komanda

Millimizin Sloveniyaya gedəcək heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayın 23-dən 24-ə qədər Bakıda, mayın 25-dən iyunun 5-dək isə Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışı keçiriləcək.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin toplanışına 24 futbolçu dəvət olunub.

Qeyd edək ki, Elşən Abdullayev, Rahil Məmmədov, Məqsəd İsayev, Fəhmin Muradbəyli və Mahir Mədətov komandaya mayın 26-da, Vüqar Mustafayev, Adil Nağıyev və Budaq Nəsirov isə mayın 27-də qoşulacaq.

Millimizin Sloveniyaya gedəcək heyəti belədir: Elşən Abdullayev, Rahil Məmmədov, Fəhmin Muradbəyli, Məqsəd İsayev (hamısı “Neftçi”), Azər Salahlı, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (hamısı “Zirə”), Tural Hümbətov, Ruslan Nəsirli (hər ikisi AZAL), Elnur Cəfərov (klubsuz), Fuad Bayramov, Abbas Hüseynov, Sertan Taşkın (hamısı “İnter”), Rəşad Əzizli (“Rəvan”), Orxan Əliyev, Budaq Nəsirov (hər ikisi “Kəpəz”), Tərlan Əhmədli, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Orxan Qurbanlı (“Dauqavpils”, Latviya), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna).

Oxşar xəbərlər

Azərbaycan – Portuqaliya (CANLI YAYIM)

admin

Millimiz İtaliyaya belə məğlub oldu (VİDEO)

admin

Millimiz Ukraynaya məğlub oldu

admin