Kateqoriyasız

Millimizin toplanışının vaxtı uzadıldı

Dekabrın 18-dən etibarən Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirilir.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün başa çatmalı olan toplanışın müddəti dekabrın 30-dək artırılıb.

Xatırladaq ki, bu yaş qrupundan ibarət yığmamız 2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43