İdman

Millimizin UEFA Millətlər Liqasındakı rəqibi baş məşqçisini dəyişib

 UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçi postunda dəyişiklik edilib.

İdmanxeber.com-un məlumatına görə, belçikalı Tom Saintfiti yerli mütəxəssis Rey Farruciya əvəzləyib. Bu barədə qərar qurumun İcraiyyə Komitəsində yekdilliklə qəbul olunub.

Farruciya daha əvvəl Maltanın əsas yığmasında məşqçi, U-21 yığmasında isə baş məşqçi postunu tutub.

Qeyd edək ki, Azərbaycan millisi Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43