Milli komanda

Millimizin üzvü “Fənərbaxça” yolunda

21 yaşlılardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçunun xidmətində “Fənərbaxça” maraqlıdı. Türkiyə mətbuatının yazdığına görə İstanbul nəhəngi 18 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir. Mövsümün sonunda “Feyenoord”la müqaviləsi başa çatacaq Ozan Canın “sarı lacivərtlilər”lə sözləşmə imzalayacağı iddia olunur.

Qeyd edək ki, Kökçü ilə İngiltərənin “Tottenhem” və “Everton” klublarının da maraqlandığı iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43