Dünya futbolu

Millimizin üzvü fərqləndi, komandası xal qazandı

Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə Braunşveyq “Ayntraxt”ıyla qarşılaşıb. Qarşılaşma 1:1 hrsablı bərabərliklə başa çatıb.

Nazarov oyuna fasilədən dərhal sonra daxil olub. O, qarşılaşmanın 57-ci dəqiqəsində rəqib qapıya təyin edilmiş penaltini dəqiq yerinə yetirib. Bununla da o,komandasının bərabərlik qolunun müəllifi olub və komandasına 1 xal qazandırıb.

Qeyd edək ki, 21 oyundan sonra hesabında 18 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43