Dünya futbolu

Millimizin üzvü oynadı, komandası 3 xala sevindi

Türkiyə PTT I liqasında XXVIII turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Ufuk Budakın formasını geyindiyi “Manisaspor” bu turda “Samsunspor”un qonağı olub.

Ufukun start heyətində mübarizə apardığı qarşılaşmadan manisalılar 2 – 1 hesablı qələbə ilə ayrılıblar. Yığmamızın üzvü 50-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.

Qeyd edək ki, bu nəticədən sonra 14-cü pilləyə yüksələn “Manisaspor”un aktivində 30 xal var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43