Ölkə futbolu

Millimizin üzvü “Qaziantep”ə keçdi

Millimizin və "Eskişeherspor"un üzvü Ufuk Budak komandadan ayrılıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, futbolçumuz bundan sonra qardaş ölkənin birinci liqa təmsilçisi "Qaziantep BB"-də top qovacaq. Hələki müqavilə imzalanmasa da, Budak yeni klubu ilə məşqlərdə iştirak edir.

Məlumat üçün deyək ki, "Qaziantep BB" turnir cədvəlində 24 xalla 11-ci yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43