İdman

Millimizin yeni FİFA reytinqi açıqlandı

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 245 xalla Sudanla birgə 126-cı yerdədir. 

Yoldaşlıq görüşlərindəki rəqiblərdən 2 pillə irəliləyən Qazaxıstan 273 xalla 117-ci, mövqeyi dəyişməyən Qırğızıstan 424 xalla 75-ci, Latviya 217 xalla 139-cudur. 

UEFA Millətlər Liqasındakı rəqiblərə gəldikdə, 1 pillə irəliləyən Farer adaları 364 xalla 93-cü, mövqeyi dəyişməyən Kosovo 164 xalla 152-ci, Malta isə 62 xalla 185-ci pillədədir. 

Siyahının ilk 47 pilləsinə dəyişiklik baş verməyib. Almaniya 1533 xalla birinci, Braziliya 1384 xalla ikinci, Belçika 1346 xalla 3-cü, Türkiyə 714 xalla 37-cidir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43