Milli komanda

Millimizin yeni forması – FOTO

Azərbaycan milli komandasının yeni formaları nümayiş olunub.

İdmanxeber.com-un məlumatına görə, Nike istehsalı sözügedən formanı millimiz ilk dəfə DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiyaya qarşı matçda geyinəcək.

Qeyd edək ki, AFFA bir neçə ildir “Umbro” ilə əməkdaşlıq edirdi. AFFA Azərbaycan milli komandası üçün AVRO-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə edib. Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millinin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb. “Nike” “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin edib. Bu səbəbdən, AFFA ilə Nike arasında razılıq əldə olunub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43