Kateqoriyasız

Millinin rəqibində ciddi itkilər

FutbolPressAzərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcəyi Macarıstan yığması itkilərlə üzləşib. Komandanın iki əsas futbolçusu sıradan çıxıb. Bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb.

“Zalsburq”un yarımmüdafiəçisi Dominik Soboslai və “Zalegerseq”də çıxış edən müdafiəçi Kristian Tamaş zədələnib. Onlar bu səbəbdən yığmanın toplanışına qatıla bilməyib.

Əvəzində “Debretsen”dənm Yanoş Ferents milliyə cəlb olunub.

Macarıstan yığması oktyabrın 10-da səfərdə Xorvatiya ilə, 13-də isə evdə Azərbaycan millisi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43