Dünya futbolu

“Modriç və Rakitiçin Azərbaycanla oyunda formada olması önəmlidir” – Oliç

Xorvatiya millisinin məşqçisi İvitsa Oliç deyib ölkə mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlardan da danışıb:

“Hücumçularımızın üzərinə çox iş düşəcək. Çünki rəqiblər bizə qarşı qapalı futbol oynayacaqlar. Amma ön xətdə yer alan futbolçular – Kramariç, Brekalo və Rebiçə güvənirik. Perişiçin təcrübəsi də komandaya kömək edəcək.Tim Yedvay klubunda hələ əsas heyətdə özünə yer tapa bilmir. Yeni baş məşqçi gəlib. Ona və yeni şərtlərə öyrəşməlidir. Bizim üçün önəmli olan Rakitiç və Modriçin formada olmasıdır”.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43