Ölkə futbolu

“Sportlife” 7 yaşında

Bu gün “Sportlife.az” saytının 7 yaşı tamam olur. 2012-ci ilin bu günündə fəaliyyətə başlayan portal yarandığı vaхtdan idman mediasında özünə yer edib və Azərbaycanın sevilən internet resursları sırasına daxil olub.

Bu müddət ərzində “Sportlife.az” böyüyüb, daha funksional olub, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir.

Saytın fəaliyyəti Azərbaycan və dünyanın idman arenalarında baş verən ən son yeniliklərlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, ölkə idmanının ümumi inkişafına xidmət etməkdən ibarətdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43