Ölkə futbolu

Monroz rəsmən “Neftçi”də

“Neftçi” mövsümün sonunda “Qəbələ”dən ayrılan Stiven Jozef-Monrozun keçidini rəsmiləşdirib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, fransız futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı hücumçu “ağ-qaralar”ın heyətində 28 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Qəbələ” (2017-2019) olan Monroz Fransanın “Lans” (2008-2011), “Şatoru” (2010), “Brest” (2015-2017), Belçikanın “Kortreyk” (2011-2012) və “Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43