Dünyadan

Mourinyo: “O, “Şalke”yə qarşı var-gücü ilə oynaya bilmədi”

“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin “Şalke” ilə görüşündə matçın 74-cü dəqiqəsində meydana daxil olan Dieqo Kostanı start heyətində meydana buraxmamasına münasibət biildirib.

İdmanxeber.com-un məlumatına görə, Mourinyo bu fikirləri səsləndirib:

“Kostanın müəyyən problemləri var və o, ardıcıl üç matçda oynamaya bilməz. Əgər millinin oyunundan sonra onun bərpa olunması üçün bir həftə vaxtı qalsaydı, o zaman “Şalke”yə qarşı start heyətində meydana çıxa bilərdi. Onun millidə zədə alması, indi bizə problem yaradır. Ancaq vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik. “Şalke”yə qarşı var-gücü ilə oynaya bilmədi, amma ümid edirəm ki, bazar günü Premyer Liqada qarşılaşacağımız “Mançester Siti” ilə oyuna tam hazır olacaq. Əgər Kosta “Şalke” ilə matçın start heyətində meydana çıxsaydı, “Mançester Siti”yə qarşı oynaya bilməyəcəkdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43