İdman

Mövlud Mirəliyev Azərbaycan cüdo yığmasına baş məşqçi təyin edildi

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Mövlud Mirəliyevə həvalə olunub.

İdmanxeber.az Sportlife.az-a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov Mirəliyevlə razılıq əldə edib və gələn həftə məşqçinin təyinatı rəsmiləşəcək.

Ruslan Maşurenkonu əvəz edəcək Mövlud Mirəliyev 2016-cı ildə də Azərbaycan cüdo yığmasına rəhbərlik edib. Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında Mirəliyevin rəhbərlik etdiyi Azərbaycan millisi iki gümüş medal qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43